Bizim seçimDünya

Tramp koronavirusa görə 2 trilyon dollarlıq paketi imzaladı: Böyüklərə 1200, uşaqlara 500 dollar

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ziyanları qarşılamaq üçün dövlətin ayırdığı vəsaitlərlə bağlı qanunu imzalayıb.

AzToday.az xarici KİV-ə istinadən xəbər verir ki, şərti olaraq “anti-virus” adlanan qanunda ABŞ vətəndaşlarının hər birinə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulub: Böyüklərə 1200, uşaqlara 500 dollar.

2 trilyon dollarlıq paketin 25 faizini birbaşa əhaliyə ödənişlər təşkil edəcək. Qanuna görə böyüklərə 1200 dollar, uşaqlara isə 500 dollar veriləcək. Bundan əlavə işsizlərin hər birinə həftədə 600 dollar, ayda 2500 dollar müavinət ödəniləcək.
Kiçik biznesə gəlincə onlara yardım etmək üçün 350 milyard dollar ayrılıb. ABŞ-da işçisinin sayın 500-dən aşağı olan müəssilər kiçik biznes kateqoriyasına aiddir.

Bu ödənişlər ən qısa müddətdə həyata keçiriləcək.

Bənzər yazılar

Back to top button