Dünya

ABŞ insan hüquqlarına ciddi əməl olunmasını tələb edirək silah satışı siyasətini sərtləşdirir

Cümə axşamı Bayden Administrasiyası silahların digər ölkələrə verilməsilə bağlı yeni siyasəti açıqlayıb. Bu siyasətin prioriteti insan hüquqlarının müdafiəsi olacaq, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Bu siyasətin geriyə qüvvəsi yoxdur”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays gündəlik brifinqdə brifinqdə bildirib.

“Bu, ciddi meyarlar toplusudur və ABŞ-ın xarici siyasətdəki strateji maraqlarından tutmuş alıcının insan hüquqlarını və ya beynəlxalq humanitar hüququ və ümumi siyasi sistemin sabitliyini pozmaq üçün silahdan istifadə edə biləcəyi riskə qədər hər şeyi nəzərdən keçirir”, – Prays deyib.

Sənəddə deyilir ki, əgər silah və döyüş sursatları soyqırım, insanlığa qarşı cinayətlər, dinc sakinlərə hücumlar və ya digər insan hüquqları pozuntuları üçün istifadə olunarsa, administrasiya onların verilməsindən imtina edəcək.

Bu, əvvəlki tələblərin xeyli sərtləşdirilməsidir. Yeni siyasət hər konkret halda silah ixracını yaxından izləməyə, “sabitliyi pozacaq və ya beynəlxalq sülhə və təhlükəsizliyə təhdid ola biləcək silah sistemlərinin verilməsində təmkinlik nümayiş etdirməyə” çağırır.

Silah verilməsi siyasəti sonuncu dəfə 5 il öncə əvvəl Tramp administrasiyası dövründə yenilənib və diqqəti hərbi texnikanın xaricə satışından iqtisadi faydalara yönəldib.

Bənzər yazılar

Back to top button