Gündəm

Laçın yolunda aksiya – 75-ci gün

Fevralın 24-də günün birinci yarısında Laçın yolu ilə Ermənistandan Qarabağa Rusiya sülhməramlılarının yük və minik avtomobilləri karvanı gəlib. Erməni mənbələrinə görə, onlar növbəti humanitar yük partiyasını gətiriblər.

Həmin vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyası 75-ci gündür ki, davam edir.

Fəallar Qarabağ ərazisində Azərbaycanın suverenliyinin bərpasını və keçmiş Mardakert rayonunda separatçıların qızıl mədənlərini qanunsuz işlətməsinin dayandırılmasını tələb edirlər.(Turan)

Bənzər yazılar

Back to top button