Cəmiyyət

Əməkdar artist Prezidentə təşəkkür etdi: Biz sizinlə güclüyük

İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru,əməkdar artist Sərvər Əliyev Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Sərvər Əliyev

Məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Bütün dünyanı bürümüş koronavirus infeksiyasından xalqımızın qorunması məqsədilə vaxtında qəbul etdiyiniz qərarlar və həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkəmizin hər yerində minnətdarlıq hissi ilə qarşılanır. Xalqımız kimi biz sənət adamları da bu əzmkarlığınızı çox yüksək qiymətləndirir və Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu öndər Heydər Əliyev kimi,Siz də daim ən çətin sınaqlarda bizim yanımızda olmaqla, bizim ən böyük dayaq və güvən yerimiz olmusunuz. Bu gün respublika əhəmiyyətli işinizin çox olmasına baxmayaraq mədəniyyət və incəsənət xadimlərinin mükafatlandırılması haqqında imzaladığınız sərəncam biz sənət adamları tərəfindən böyük məmuniyyətlə qarşılanmışdır.

Əziz Prezident!

SİZƏ ÖZ ADIMDAN VƏ DƏYƏRLİ SƏNƏT DOSTLARIM ADIMDAN DƏRİN MİNNƏTDARLIĞIMI BİLDİRMƏYİ ÖZÜMƏ BORC BİLDİM. BİZ SİZİNLƏ GÜCLÜYÜK HÖRMƏTLİ PREZİDENTİMİZ!!..

Hörmətlə: İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Əməkdar Artist,Prezident mükafatçısı Sərvər Əliyev”

Bənzər yazılar

Back to top button