Dünya

ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım ayırır, Avropa isə “Leopard” tankları göndərir

ABŞ administrasiyası Ukraynaya 2 milyard dollar məbləğində yeni yardım paketini elan edib. Yeni paketə HIMARS üçün döyüş sursatları və pilotsuz təyyarələr daxil olacaq. Avadanlıq Pentaqonun anbarlarından verilməyəcək, istehsalçılara sifariş ediləcək.

Paketdə həmçinin 155 millimetrlik artilleriya qurğuları üçün mərmilər, CyberLux K”, Switchblade 600, Altius-600 və Jump 20 pilotsuz təyyarələri, radioelektron mübarizə vasitələri, minalardan təmizləmə, rabitə avadanlığı var.

ABŞ Müdafiə Nazirliyi Rusiya qoşunlarının Ukraynaya yeridilməsinin ildönümü ilə əlaqədar Pentaqon rəhbəri Lloyd Ostinin bəyanatını yayıb. Onun sözlərinə görə, il ərzində ABŞ Ukraynaya 32 milyard dollar hərbi yardım edib, daha 20 milyard dollarlıq yardım isə müttəfiqlər göndərib.

Polşa KİV bildirib ki, Almaniya istehsalı olan ilk 4 Leopard 2 tankı Polşadan Ukraynaya göndərilib. Ümumilikdə Polşa Ukraynaya 14 belə tank verəcək. Bunu baş nazir Mateuş Moravetski Kiyevə bugünkü səfəri zamanı elan edəcək.

Polşa KİV-in məlumatına görə, bir neçə həftədir ki, bu ölkədə Ukrayna ekipajları “Leopard 2” tanklarını idarə etmək üçün bu ölkədə təlim keçirlər.(Turan)

Bənzər yazılar

Back to top button