İdman

“İnter Mayami”dən Messi açıqlaması

MLS təmsilçisi “İnter Mayami”nin baş məşqçisi Fil Nevill klubun PSJ-nin hücumçusu Lionel Messi və “Barselona”nın yarımmüdafiəçisi Serxio Busketslə maraqlandığını təsdiqləyib.

Qol.az “The Times” nəşrinə istinadən xəbər verir ki, o deyib: “Lionel Messi və Serxio Busketslə maraqlandığımızı inkar etməyəcəyəm. Dünyanın ən yaxşı oyunçularını bu komandaya gətirmək istəyirik. Messi və Buskets son illərdə ən çox seçilənlər arasındadır. Onlar kluba böyük fayda verə biləcək əla oyunçulardır. Bütün liqa üçün bu, oyun dəyişdirici olardı”.

Qeyd edək ki, 35 yaşlı Messi və 34 yaşlı Busketsin Avropa klubları ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bənzər yazılar

Back to top button