GündəmManşetSiyasət

Ermənistan havadarları ifşa edilməlidir

Azərbaycan hakimiyyəti keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Xankəndi ermənilərinin Ermənistanla əlaqə qurması üçün Kəlbəcər yolunun açılması təklifini ciddi şəkildə nəzərdən keçirməlidir. Azərbaycanın bu addımı Ermənistan və onun havadarlarının ciddi ifşası olacaq, yaxud onları fakt qarşısında qoyacaq. Bu addım həm də Beynəlxalq Ədalət Məhkəməsinin sifarişlə qəbul etdiyi məlum qərarı da boş kağız parçasına çevirə bilər.
Laçın yolunda gömrük və sərhəd xidmətinin yaradılması Ermənistanın destruktiv fəaliyyəti ucbatından yubana bilər. Kəlbəcər yolu isə hazır gömrük və sərhəd xidməti olan yoldur.

Azərbaycan bəyan etsin ki, Laçın yolunda dinc aksiya keçirənlərin sərbəst toplaşmaq hüququnu poza, onlara qarşı zor tətbiq edə bilməz (adamı burda gülmək tutur), amma Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq müvəqqəti tədbir kimi Kəlbəcər yolundan Xankəndi ermənilərinin istifadəsinə imkan yaradır. Xankəndi erməniləri Ermənistanla sərhəddə Azərbaycanın gömrük və sərhəd-buraxılış məntəqlərindən keçməklə Ermənistana gedib-gələ bilərlər.
Böyük ehtimalla ermənilər cəsarət edib Kəlbəcər yolundan istifadə etməyəcəklər. Hətta cəsarət etsələr belə ruslar onlara bu imkanı verməyəcək. Belədə isə ermənilərin blokada təbliğatı daşa dirənəcək.

Azərbaycanın bu addımı Ermənistan və onun havadarlarını geri çəkilməyə vadar etməsə, o zaman onlar özlərini ifşa etmiş olacaqlar. Məlum olacaq ki, Ermənistan və onun havadarlarının Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı verdiyi bəyanatlar boş sözdür. Onlar nəinki Xankəndi, heç Laçın rayonunun bir hissəsi üzərində də Azərbaycanın suverenliyini tanımırlarmış. Sonrakı mərhələdə Azərbaycan addımlarını düşmənin bu davranışına müvafiq atmalıdır.

Elnur Sadiqov

Bənzər yazılar

Back to top button