İqtisadiyyat

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 48 milyonluq tenderini bu şirkət uddu

“İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti olub.

Yeniavaz.com xəbər verir ki, Dövlət Agentliyi “Avromed Company” QSC-yə “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınmasına görə 47 milyon 892 min 57 manat 61 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 57 min manat nizamnamə kapitalı olan “Avromed Company” QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət 20 dekabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, mətbuatda “Avromed Company” QSC-nin millət vəkili Cavanşir Feyziyevə məxsus olması ilə bağlı dəfələrlə məlumatlar yayılıb. C.Feyziyevin köməkçisi Akif Salam KİV-ə açıqlamasında bildirib ki, “Avromed” hazırda deputata məxsus deyil:

“Cavanşir Feyziyev 2002-2010-cu illərdə şirkətin direktoru və həmtəsisçisi olub. 2010-cu ildə IV çağırış Milli Məclisə üzv seçilməklə əlaqədar direktor vəzifəsindən azad olunub. 2016-cı ildə isə Avromed şirkətindəki səhmlərini satıb və o vaxtdan etibarən şirkətlə heç bir əlaqəsi yoxdur”.

Bənzər yazılar

Back to top button