Dünya

Hələlik Çinin Rusiyaya silah tədarük etdiyinə dair dəlil yoxdur – Bayden

Hələlik Çinin Ukraynada Rusiyaya hərbi dəstək göstərdiyinin “dəlili” yoxdur, bu barədə cümə günü ABŞ prezidenti Co Bayden jurnalistlərə bildirib və istənilən dəstəyin Pekin üçün iqtisadi nəticələri olacağı barədə xəbərdarlıq edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Pekinin Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləyəcəyindən ehtiyatlanırsınız? Bu suala cavabda Bayden xatırladıb ki, ötən yay çinli həmkarı ilə bu barədə və bunun iqtisadi nəticələri barədə danışıb. “Mən dedim ki, bu, bəyanat deyil, təhdiddir”, deyə o, əlavə edib.

Buna cavab olaraq Çin prezidenti bildirib ki, “Çinin gələcəyi Qərb dünyasının investisiyalarından asılıdır və bu, vacibdir”.

Baydenin şərhləri bu həftə ABŞ rəsmilərinin Çin hökumətinin Ukraynaya qarşı müharibədə istifadə üçün “Rusiyaya döyüş sursatları göndərilməsi mümkünlüyünü nəzərdən keçirdiyi” haqqında kəşfiyyat məlumatlarına malik olduqlarını açıqlamasından sonra səslənib.

Bu arada, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild cümə günü jurnalistlərə bildirib ki, Çin Rusiyaya silah göndərsə, bu, Vaşinqton və Pekin münasibətlərində “oyun qaydalarını dəyişdirəcək”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button