Dünya

Alman alimlərdən koronavirusla bağlı şok araşdırma

Alman molekulyar bioloqları koronavirusun insanın ürək hüceyrələrinə nüfuz edə və çoxala bildiyini, ürək döyüntüsündə fasilələrə səbəb olduğunu təsbit ediblər.

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri bioRxiv elmi kitabxanasında dərc olunub.

“Yeni növ koronavirus (SARS-CoV-2) həm fərdi kardiyomiyositlərə, həm də ürək toxumasının iki fərqli bazasına nüfuz edə bilər. Bizim bütöv viral hissəcikləri yoluxmuş hüceyrələrdən ayıra bilməyimiz isə virusun çoxalacağına işarə edir”, – alim deyib.

Bioloqlar patogenlərin normal şəkildə daralmalarının qarşısını almağa mane olmasının kardiyomiyositlərin kütləvi ölümünə səbəb olduğunu, beləliklə də koronavirusun “ürəyə birbaşa təhlükə yaratdığını” izah edib.

Alimlər ilk gündən bilirlər ki, SARS-CoV-2 təkcə ağciyərlərdə deyil, həm də burun, qan damarlarının, ürək və özofaqusun və bir sıra digər orqanların selikli qişasına təsir göstərir. Bu xüsusiyyət, yoluxmuş insanların niyə qoxu və dad hisslərini itirdiyini və qan dövranı sistemində və həzm sistemindəki nasazlıqların ortaya çıxmasını aydınlaşdıra bilər.

Höte Frankfurt Universitetinin professoru Stefani Dimmelerin rəhbərliyi ilə alimlər koronavirusun ürəyin işinə məhz necə təsir etdiyini dəqiq şəkildə öyrənməyə çalışır – bu, ürək əzələsinin hüceyrələrini birbaşa yoluxdurur, yoxsa orqanizmdə iltihab və iğtişaşlar yaradır, kardiyomiyositlər üçün mənfi nəticələrə səbəb olur? Təcrübələr göstərib ki, virus bəzi naməlum biomolekullardan istifadə edir və ürək hüceyrələrinin hər üç növünə nüfuz edir. Beləliklə, alimlərin fikrincə, virus birbaşa ürəyə daxil ola bilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button