İdman

Təsirli sözlər: Onun qədrini gedəndən sonra biləcəksiniz

“Liverpul”un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın komanda üçün əhəmiyyətindən danışıb.

Aut.az xəbər verir ki, Klopp “Sky Sports”a açıqlamasında Salahı “Liverpul”un əfsanəsi adlandırıb:

“O, əfsanəsidir. Əfsanələrlə həmişə belə olur. Onların nə qədər böyük olduğunu yalnız gedəndən sonra anlayırsan. Nə qədər ki, buradadırlar möhtəşəm və zəif oyunları olur. Reaksiyamız isə belə səciyyələnir: “Daha yaxşısını edə bilər”.

Amma Salah gedəndən sonra kimsə rəqəmlərə baxıb deyəcək ki, vay, biz əsl dahini görmüşük. Mən onun məşqçisiyəm. Ona görə də, onun karyerasını ikimiz də təqaüdə çıxandan sonra birlikdə analiz edərik. Onda nə qədər möhtəşəm işlər görüldüyünü deyəcəyik. Bu, belə də olacaq, 100 faiz. Amma o vaxta qədər işləməliyik. Mo şansları əldən də verəcək, amma qol da vuracaq, buna şübhə yoxdur.

Son oyunda o, qol vurmaqla rekord qırdı və Çempionlar Liqasında “Liverpul”un tarixində ən çox qol vuran futbolçu oldu.

Onun yeni rekordlar qıra bilməsi xoşuma gəlir, çünki o da bunu etmək istəyir. Son bir neçə il ərzində əldə etdiyimiz bütün nailiyyətlərdə Mo Salahın töhfəsi ölçüyəgəlməzdir. Bu töhfə çox nəhəngdir”.

Bənzər yazılar

Back to top button