
Ermənilər ABŞ-da Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tvitterdə yazıb.
“Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, – diplomat qeyd edib.
Armenians cheer with songs brutal killing of defenseless Azerbaijani kids, women & elderly during #KhojalyGenocide this very day in front of our Embassy in Washington DC.
Bu nasıl bir zihniyet?!@StateDept @HouseForeignGOP @TheJusticeDept @StateEUR pic.twitter.com/Np3UJY8Lvp
— Khazar Ibrahim (@hazar_khazar) February 26, 2023
Qeyd edək ki, Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycanın ABŞ-dakı səfirliyinin inzibati binası qarşısında Xocalıda lentə alınmış fotolar və faciə haqqında faktların yer aldığı plakatlar nümayiş etdirilib.