İdman

Şahruddin “Qarabağ”dan 50 manata görə işdən çıxarılan fotoqrafa belə dəstək oldu

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu bir müddətdir çalışdığı fotoqraf Elmir Kərimovla yolları ayırıb.

Ağdam təmsilçisinin rəhbərliyi gənc fotoqrafın maaşının 50 manatını kəsib. Bu xəbər ötən gündən bəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilərin əksəriyyəti buna görə klub rəhbərliyini sərt tənqid edir.

Bu gün isə “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev Elmir Kərimova dəstək nümayiş etdirib. O, şəxsi “İnstagram” hesabının “hekayə” bölməsində fotoqrafın çəkdiyi şəklini paylaşaraq, ürək emojisindən istifadə edib.

Offsideplus.az

Bənzər yazılar

Back to top button