Cəmiyyət

Regionda hansı ölkə daha təhlükəsizdir? – Ermənistan birincidir

Region ölkələri arasında ən təhlükəsiz ölkə Ermənistan hesab olunur.

Yeniavaz.com məşhur araşdırma portalı olan “Numbeo”ya istinadən bildirir ki, dünyanın 142 ölkəsinin yer aldığı siyahıda Ermənistan təhlükəsizlik baxımından ən yaxşı nəticə göstərən 7-ci ölkə olub.

Region ölkələri arasında Ermənistandan sonra ən təhlükəsiz ölkə Gürcüstandır. Bu ölkənin 142 ölkə arasındakı mövqeyi 18-ci sıra olub.

Region ölkələrinin 142 ölkə arasındakı mövqeyi belə olub:

7 – Ermənistan
18 – Gürcüstan
33 – Azərbaycan
38 – Özbəkistan
49 – Rusiya
51 – Türkiyə
75 – Ukrayna
80 – Moldova
90 – İran
96 – Qazaxıstan
105 – Qırğızıstan
109 – Belarus

Məlumat üçün onu da qeyd edək ki, “Numbeo”nun tərtib etdiyi siyahıda ən təhlükəsiz ölkələr Qətər, BƏƏ və Tayvan dolub. Ən təhlükəli ölkələrin ilk 3-lüyündə isə Venesuela, Papua-Yeni Qvineya və Əfqanıstan yer alıb.

Bənzər yazılar

Back to top button