Dünya

Dövlət Departamenti: “Krım Ukraynadır”

Bazar günü Dövlət Departamenti Rusiyanın Krımı işğal etməsini “beynəlxalq hüququn, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün açıq-aşkar pozuntusu” adlandırıb.

“Birləşmiş Ştatlar yarımadanın Rusiya tərəfindən ilhaqını heç vaxt tanımayacaq. Krım Ukraynadır”, deyə idarənin nümayəndəsi Ned Praysın Krımın ilhaqının 9-cu ildönümü ilə bağlı bəyanatında bildirilir.

ABŞ Ukraynanın Krım Platformasının dünya ictimaiyyətinin diqqətini davam edən Rusiya işğalına cəlb etmək səylərini alqışlayır.

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bazar günü xatırladıb ki, demokratik referendumda Krım sakinlərinin əksəriyyəti (54%) Ukraynanın müstəqilliyinin lehinə səs verib.

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink yayımladığı videoda 26 fevral 2014-cü il tarixində minlərlə Krım tatarı və digər ukraynalıların “Biz ukraynalıyıq. Krım Ukraynadır” demək üçün toplaşdıqlarını xatırladıb.

“Siz öz suverenliyiniz və demokratiya uğrunda mübarizəni davam etdirdiyiniz üçün ABŞ sizinlə hər kəs üçün azadlıq, ləyaqət və ədaləti təmin edəcək gələcəyin yaradılması üzərində işləyəcək”, deyə o qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button