GündəmHadisə

İcra başçısı ilə jurnalistin dialoqu gündəm oldu: “Sənə dəxli yoxdur” – Video

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun ötən gün Xocalı faciəsinin ildünümü ilə bağlı keçirilən anım mərasimində jurnalistlə dialoqu gündəm olub.

Yeniavaz.com xəbər verir ki, “Toplum” TV-nin jurnalistinin ünvanladığı “Şuşaya gedə bilirsinizmi” sualı Bayram Səfərovu əsəbiləşdirib.

İcra başçısı jurnalistə belə reaksiya verib:

“Sənə dəxli var bunun?!”

Daha sonra jurnalist sualını yeniləyib və bildirib ki, “mən sizdən hesab soruram, bu mənim vəzifəmdir”.
İcra başçısı isə deyib ki, Şuşaya istədiyi vaxt gedə bilir.

Jurnalistin “axırıncı dəfə nə vaxt Şuşada olmusunuz?” sualına isə Bayram Səfərov “3 ay qabaq, yanvarda”, – deyə cavab verib.

İcra başçısı ilə jurnalistin dialoqu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin kadrları təqdim edirik:

Bənzər yazılar

Back to top button