Hadisə

Bəxtiyar Hacıyev 50 gündür aclığı davam etdirir

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 50 gündür aclığı davam etdirir. Bazar ertəsi vəkil Rövşanə Rəhimli Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkib.

“Vəkillərin və ailəsinin təkidlərindən sonra o, bir sistemin köçürülməsinə razılıq verib. Ona görə də biz Penitensiar Xidmətdən həkim Adil Qeybullanın müalicə müəssisəsinə gələrək Bəxtiyar Hacıyevə sistem köçürməsi üçün şərait yaradılmasını xahiş edirik”, deyə vəkil Turan-ın müxbirinə bildirib.

Fəalın ümumi vəziyyətinə gəlincə, onun səhhəti pisdir, deyə vəkil əlavə edib.

Bənzər yazılar

Back to top button