Cəmiyyət

Türkiyə vətəndaşına ərə gedən Azərbaycan qadınlarının sayı artıb – Son 11 ilin statistikası

Türkiyəyə ərə gedən azərbaycanlı qadınların sayı artıb.

Yeniavaz.com-un Türkiyə Statistika İdarəsinin açıqladığı məlumata istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadınların sayı 5,7% və ya 138 nəfər artaraq 2 555 nəfərə çatıb.

Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 3-cü sırada qərarlaşıb. İlk sırada Suriya vətəndaşı olan qadınlar yer alıb. 2022-ci il ərzində Suriya vətəndaşı olan 3 761 qadın Türkiyə vətəndaşı olan şəxslərlə ailə qurub. İkinci sırada Özbəkistan vətəndaşı olan qadınlar yer alır. Son bir ildə 3 178 özbək qadın Türkiyə vətəndaşı ilə evlənib.

Növbəti yerlərdə 2 475 nəfərlə Almaniya, 2 460 nəfərlə Mərakeş, 1 576 nəfərlə Rusiya, 1 201 nəfərlə Türkmənistan, 1 078 nəfərlə Ukrayna, 1 027 nəfərlə Qırğızıstan vətəndaşları gəlir.

Ötən il Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı da artıb. Son bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı kişilərin sayı 119% və ya 34 nəfər artaraq 214 nəfərə çatıb. Azərbaycanlılar bu göstəriciyə görə 5-ci sırada qərarlaşıblar. Türkiyə vətəndaşı olan qadınlarla ən çox Almaniya, Suriya, Avstraliya və Əfqanıstan vətəndaşı olan kişilər evlənib. İl ərzində Türkiyə vətəndaşı olan 1 536 qadın Almaniya, 1 266 qadın Suriya, 354 qadın Avstraliya, 310 qadın isə Əfqanıstan vətəndaşı olan kişilərlə evləniblər.

Son 11 ildə Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların və Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı belə olub:

İllər Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların sayı, (nəfər) Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı, (nəfər)
2012 1 562 73
2013 1 577 90
2014 1 596 65
2015 1 653 85
2016 2 170 115
2017 2 790 118
2018 3 194 124
2019 2 743 124
2020 1 995 142
2021 2 417 180
2022 2 555 214

Bənzər yazılar

Back to top button