İdman

“Barsa”da şok zədə – “El klasiko”nu buraxacaq

“Barselona”nın futbolçusu Robert Levandovski zədələnib.

Aut.az xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb. 34 yaşlı hücumçu sol bud əzələsindən zədə alıb. Futbolçu təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bununla da o, martın 2-də İspaniya kubokunun yarımfinalında “Real”la oyunu buraxacaq. Lakin Levandovski martın 19-da La Liqadakı “El-klassiko”yadək heyətə qayıda bilər.

Qeyd edək ki, Levandovski bu mövsüm La Liqada 20 oyunda 15 qol vurub və 5 qolun ötürməsini edib.

Bənzər yazılar

Back to top button