GündəmSiyasət

Brüsseldə görüş hazırlanır – Toyvo Klaar

Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələri arasında görüşün təşkili üzrə işlər davam etdirilir. Dəqiq tarix hələ müəyyən edilməyib. Bu barədə Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Toyvo Klaar “Azadlıq” Radiosunun Ermənistan xidmətinə müsahibəsində bildirib.

“Biz bu istiqamətdə işləyirik, məhz buna görə mən burada, Yerevandayam”, deyə o qeyd edib.

Klaar təsdiq edib ki, Aİ-də görüşün iki ölkə lideri arasında keçirilməsinə çalışırlar.

“Bizim nöqteyi-nəzərimizdən Brüssel prosesini fəallaşdırmaq çox vacibdir, çünki biz və şəxsən prezident Mişel ona böyük əhəmiyyət veririk”, deyə o qeyd edib.

Klaar Azərbaycanın Qarabağın erməni əhalisi ilə dialoq qurmağa hazır olmasının real təsdiqini tapacağına ümidini ifadə edib.

Ən əsas məsələ Bakı və Qarabağ arasında gerçək və görünən dialoq qurmaqdır. “Bu yaxınlarda prezident Əliyevin Münhendə bunu vurğulaması faktı məni çox həvəsləndirir”, deyə Toyvo Klaar bildirib.(Turan)

Bənzər yazılar

Back to top button