Cəmiyyət

Evlərin sənədləşdirilməsi prosesi hansı mərhələdədir? – Video

Bakıda və Abşeron yarımadasında 500 minə yaxın sənədsiz ev var. İndiyə kimi sənədsiz evlərin siyahıya alınması prosesi isə tam aparılmayıb.

AzToday.az xezerxeber.az-a istinadla xəbər verir ki, vətəndaşlar evlərini sənədləşdirə bilmədikləri üçün bir sıra xidmətlərdən yararlana bilmirlər.

Əmlakın sığortalanması üçün onun mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Hətta kimsə istəsə belə, bu evləri sığortalaya bilmir.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib ki, evləri inventarlaşdırmaq əsas prioritet məslələrdən biri olmalıdır.

Mövzuya münasibət bildirən Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, sənədsiz evlərlərin siyahısı yerli rayon icra hakimiyyətləri tərəfindən hazırlanaraq Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilir. Nəticəni bu qurumdan almaq mümkündür.

Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirildi ki, ötən il daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının sayı 2021-ci il ilə müqayisədə 25,2 faiz artaraq 382 min 319 ədəd təşkil edib. Yəni qurum yalnız müraciət əsasında əmlakların qeydiyyatı ilə məşğul olur.

Ətraflı videomaterialda:

Bənzər yazılar

Back to top button