Siyasət

Drezden Texnologiya Universitetinin rektoru Qubad İbadoğlunu azadlığa etməyə çağırıb

Drezden Texnologiya Universitetinin rektoru professor Ursula Staudinger Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək müxalif siyasətçi və iqtiadçı-alim Qubad İbadoğlunun həbsinin əsassız olduğunu bildirib.

“Universitetimizin bəxti gətirib ki, Qubad İbadoğlu kimi alim bu təhsil müəssisəsində çalışacaq. Qubad İbadoğlunu dünya səviyyəli universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olub, elmə böyük töhfələr verib ə əminəm ki, bu alim, tədqiqatçı və parlaq fikir sahibi olan müəllim bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Biz, eyni zamanda onu vicdanlı və xeyirxah insan kimi tanıyır və ona qarşı irəli sürülən ittihamları əsassız hesab edirik. Dünyada tanınmış alim Qubad İbadoğlunu azad edin, o, 2023-cü ilin oktyabrında universitetimizdə professor kimi işə başlamalıdır”, müraciətdə qeyd edilir.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.

Azərbaycan Daxili İşlər Nazirliyi bəyan edib ki, İbadoğlu Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəlidir.

Qubad İbadoğlu ittihamı qəbul etmir və absurd adladırır.(Turan)

Bənzər yazılar

Back to top button