GündəmManşetSiyasət

Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya mühüm rol oynayır – İ.Əliyev

Azərbaycan və Ermənistan arasında münaqişənin həllində Bakı Rusiya ilə konstruktiv işləməyə hazırdır. Bunu prezident İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu bazar ertəsi qəbul edərkən deyib.

Əliyev Qarabağda sülhün əldə olunmasında Rusiyanın böyük səylərini və rolunu qeyd edib və bu səylərin davam etdiriləcəyinə ümid etdiyini bildirib.

“Ümid edirəm ki, 2023-cü il Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün sıçrayış ili olacaq. İstənilən halda biz buna ümid edirik”, – Əliyev bildirib.

Sergey Lavrov cavabında iki ölkə arasında müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bu əlaqələrin bundan sonra da bütün sahələrdə möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Daha sonra görüş bağlı qapılar arxasında keçirilib.

Bənzər yazılar

Back to top button