Dünya

Ərdoğandan zəlzələ ilə bağlı etiraf: “Halallıq istəyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə birlikdə zəlzələdən zərər çəkmiş Adıyamana səfər edib.

Yeniavaz.com xəbər verir ki, o, zəlzələ nəticəsində dağıntılara məruz qalan Adıyamanda lazımlı işlərin görülməsi üçün səlahiyyətlilərin yubandığını etiraf edib və buna görə halallıq istəyib:

“Adıyamanda baş verən zəlzələdən sonra ilk bir neçə gündə istədiyimiz işi görə bilmədik. Ona görə də sizdən halallıq istəyirəm”.

Ərdoğan çıxışında zəlzələdə böyük ziyan görən şəhərlərdə görüləcək işlərlə bağlı da danışıb:

“Bunlar üçün millətimizdən bir il tələb edirik. Çatışmazlıqlarımız, nöqsanlarımız, səhvlərimiz ola bilər, amma heç kim inkar edə bilməz ki, biz hər sahədə millətimizin əmin-amanlığı, rifahı üçün var gücümüzlə ilə çalışırıq”.

Bənzər yazılar

Back to top button