İdman

Ronaldo FİFA-nın sorğusunda iştirak etmədi

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo FİFA-nın ilin ən yaxşıları sorğusunda iştirak etməyib.

Qol.az xəbər verir ki, qurumun yayımladığı səsvermədə səs verənlərin arasında “Əl-Nəsr”in 38 yaşlı hücumçusu yer almayıb. Müdafiəçi Pepe sorğuda Portuqaliya millisinin kapitanı kimi iştirak edib .

“Portu” nun futbolçusu ən yaxşı futbolçu sorğusunda 1-ci yerə Kilian Mbappe (Fransa, PSJ), 2-ci yeri Luka Modriç (“Real”, Xorvatiya), 3-cü yerə Kərim Benzemanı (“Real”) layiq görüb.

Qeyd edək ki, ilin ən yaxşı oyunçusu mükafatı Argentina millisinin hücumçusu Lionel Messiyə verilib.

Bənzər yazılar

Back to top button