Cəmiyyət

Bu gün Od çərşənbəsidir

Bu gün Novruz ayının – astronomik günəş təqviminə görə baharın gəlişi bayramının ikinci çərşənbəsi qeyd olunur.

İkinci çərşənbə Od çərşənbəsi və ya xalq arasında deyildiyi kimi, Xəbərçi, Üskü, Adlı çərşənbə kimi qeyd olunur.

Ənənəyə görə, Od çərşənbəsi ərəfəsində çərşənbə axşamı gecəsi tonqallar qalanır və adamlar “Ağırlığım, uğurluğum odda yansın” deyərək onların üstündən tullanırlar.

Hesab edilir ki, alov ilə təmizlənmə insanı bütün bəladan qoruyur.

Bənzər yazılar

Back to top button