Dünya
Pentaqon Türkiyəyə səhra hospitalı göndərib

Bazar ertəsi Pentaqon bildirib ki, fevralın 6-da fəlakətli zəlzələdən zərər çəkənlərə yardım göstərilməsi üzrə Bayden Administrasiyasının öhdəliyi çərçivəsində ötən həftə ABŞ-dan Türkiyənin İncirlik aviabazasına təcili yardım səhra hospitalı çatdırılıb, Turan-ın Vaşinqton müxbiri bildirib.
“Biz Türkiyə hökumətinin tibbi yardımı bərpa etdiyi müddətdə onun mühüm tibbi yardımın təmin olunması ilə bağlı xahişinə cavab veririk”, – general Endrü Priddi deyib.
Pentaqonun məlumatına görə, səhra hospitalı təcili yardım şöbəsi, iki əməliyyat və intensiv terapiya şöbəsi, həmçinin tibbi preparatlar, 100 çarpayı və avadanlıqla təchiz edilib.