Hadisə

Əli Əliyev kassasiya şikayəti verdi

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsindəki hökmdən kassasiya şikayəti verib.
AzToday.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən partiya sədri barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bildirilib ki, şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclası martın 1-nə təyin edilib.

Qeyd edilib ki, VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Ötən il noyabrın 22-də Sabunçu Rayon Məhkəməsində Əli Əliyevi Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əli Əliyevin cəzası 1 ilədək artırılıb. Ötən ilin avqustda ona qarşı dördüncü cinayət işi açılıb.

Bənzər yazılar

Back to top button