İqtisadiyyat

Azərbaycanda benzin idxalı kəskin artıb

Ötən il xarici ölkələrdən (əsasən Rusiyadan) Azərbaycana 198 min 790 ton “Aİ-92” (“Regular”) markalı benzin gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan benzinin dəyəri 223 milyon 457 min dollar olub.

Əvvəlki illə müqayisədə “Aİ-92” markalı benzinin idxalı kəskin artıb. Belə ki, 2021-ci ildə Azərbaycana ötən ildəkindən 40 dəfə az – cəmi 4 min 995 ton benzin idxal edilib.

Ötən il idxal olunan benzin ölkədə istehsal olunan benzinin təxminən 1/6-nə bərabər olub.
Apardığımız hesablama göstərir ki, xaricdən gətirilən benzinin 1 litrinin gömrük dəyəri 86 sent və ya mövcud məzənnə ilə (1 dollar/1,7 azn) hesablandığı zaman 1 manat 46 qəpiyə bərabər olur.

Onu da qeyd edək ki, Azərbaycanda benzinin pərakəndə satış qiyməti 1 manata bərabərdir.

Bənzər yazılar

Back to top button