İqtisadiyyat

Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satır? – Tam siyahı

Ötən il Azərbaycan xarici ölkələrə 18 milyard 965 milyon 213 min kubmetr həcmində təbii qaz satıb.

Yeniavaz.com xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 14 milyard 989 milyon 675 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kubmetrinin gömrük dəyəri 790 dollar olub.

Təbii qazı ən baha qiymətə Yunanıstana satmışıq. Bu ölkəyə satılan 1000 kubmetr təbii qazın dəyəri 1 465,3 dollar olub. Ən ucuz qiymətə isə Gürcüstana satılıb – 1000 kubmetri 135,5 dollar.

İrana satılan təbii qaz isə İranın Naxçıvana verdiyi təbii qazın əvəzində eyni qiymətə – 37,9 dollara satılıb. Ötən il Azərbaycan İrandan 66 milyon 91,2 min kubmetr qaz alıb, əvəzində 173 milyon 594 min kubmetr qaz satıb.
Azərbaycan ötən il təbii qaz aşağıdakı ölkələrə satıb:

İtaliya 8 210 720,1 11 045 330,12 1 345,2
Türkiyə 6 853 659,2 2 208 273,83 322,2
Gürcüstan 2 581 214,2 349 731,95 135,5
Yunanıstan 779 336,88 1 141 939,86 1 465,3
Bolqarıstan 366 689,05 237 811,16 648,5
İran 173 594,04 6 588,96 37,9

Bunlardan başqa ötən il Azərbaycan Türkmənistan və Rusiyadan da təbii qaz alıb. Türkmənistandan 857 milyon 66,6 min kubmetr qaz alınıb və bunun da gömrük dəyəri 110 milyon 871,4 min dollar olub (1000 kubmetri 129,4 dollar). Rusiyadan isə 93 milyon 265,8 min kubmetr qaz idxal olunub və bunun da gömrük dəyəri 17 milyon 254,2 min dollar olub (1000 kubmetri 185 dollar).

Bənzər yazılar

Back to top button