Gündəm

Qırmızı Xaç Qarabağdan Ermənistana 8 xəstə aparıb

Fevralın 28-də Qırmızı Xaçın vasitəçiliyilə Qarabağdan Ermənistana səkkiz xəstə aparılıb. Bu barədə Ermənistan KİV bildirib.

Bu günədək Qırmızı Xaçın vasitəçiliyilə Qarabağdan Ermənistana 135 xəstə aparılıb.

Bu gün Laçın yolu ilə Rusiya sülhməramlılarının avtomobil karvanı keçib.

Xatırladaq ki, 12 dekabr 2022-ci ildən Laçın yolunda azərbaycanlı fəalların etiraz aksiyası keçirilir. Onlar Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpasını və bölgənin təbii sərvətlərinin erməni separatçılar tərəfindən qanunsuz işlənməsinə son qoyulmasını tələb edirlər.(Turan)

Bənzər yazılar

Back to top button