Siyasət

Bəxtiyar Hacıyev aclığı dayandırıb

51 gündür aclıq edən fəal Bəxtiyar Hacıyev fevralın 28-də aclığı dayandırmaq qərarına gəlib. Bu barədə çərşənbə axşamı Turan agentliyinə onun vəkili Aqil Layıc bildirib.

“Bəxtiyar ailə üzvlərinin, dostlarının və ictimaiyyətin çoxsaylı müraciətlərini nəzərə alıb və bundan sonra öz mübarizəsini hüquqi sahədə davam etdirəcək”, – vəkil bildirib.

* Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və indiyədək davam etdirirdi.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Fevralın 23-də isə Xətai nəhkəməsi həbs müddətini daha 2 ay-aprelin 28-dək uzadıb.

Məhkəmələr məhkəmə istintaqı başlayana qədər həbs qətimkan tədbirinin dəyişdirilərək Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsi və ya girov müqabilində azad edilməsilə bağlı vəkillərin çoxsaylı vəsatətlərini təmin etməyiblər.

Bənzər yazılar

Back to top button