Siyasət

“Cənubi Qafqazda qərblilər indi daha da fəallaşıblar” – Zaxarova

“Tərəflərin (Azərbaycan və Ermənistan – red.) Rusiya ilə birlikdə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümid var”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib.

Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini də kobudluq adlandırıb:

“Belə siyasət münaqişənin həlli üçün yox, tam əks məqsədlərlə aparılır. Təəssüf ki, biz burada uzun illərdir ki, bu tendensiyanın müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar”.

XİN rəsmisi xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişənin həlli ilə bağlı uğurlu nümunələr yoxdur.

Bənzər yazılar

Back to top button