Siyasət

ABŞ-ın Qafqaz üzrə yeni nümayəndəsi gələn həftə ilk regional səfərini edəcək

ABŞ-ın Qafqaz üzrə yeni təyin edilmiş nümayəndəsi Luis Bono gələn həftə regiona səfər edəcək və bu, onun bu vəzifədə ilk səfəri olacaq, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verir.

“Bu, Cənubi Qafqazın hər üç ölkəsinə ilk səfər olacaq”, deyə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

“Cənab Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini, eləcə də Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü davamlı dəstəkləmək öhdəliyimizi ölkə rəhbərləri ilə görüşlərdə bir daha təsdiq edəcək”, deyə o əlavə edib.

Fevralın 1-də dövlət katibi Entoni Blinken karyeralı diplomat Bononu bu yaxınlarda istefa vermiş səfir Filip Rikerin yerinə Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edib.

Bono Bakı, İrəvan və Tiflisə gedəcək.

Prays bildirib ki, səfər dövlət katibi Blinken, Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransında çərçivəsində baş tutan görüşləri davam etdirmək üçün fürsət olacaq.

“Münhendə keçirilən üçtərəfli görüşün yekununda qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirak etmək üçün son səyləri bizi ruhlandırır. Cənab Bono bu səylərə əsaslanaraq irəliləyişin davam etdiyini görəcəyinə ümid edir”.

Bono hər üç paytaxtda ABŞ-ın Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə nail olmağa sadiq olduğunu vurğulayacaq.

Bənzər yazılar

Back to top button