Siyasət

Azərbaycan XİN Yunanıstana başsağlığı verib

Azərbaycan XİN qatar qəzası ilə bağlı Yunanıstana başsağlığı verib.

“Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatını itirməsi ilə nəticələnən dəhşətli dəmir yolu qəzasına görə dərindən kədərləndik. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını diləyirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, deyə XİN-in Twitter hesabında dərc olunmuş bəyanatda bildirilir.

Qeyd edək ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 40-a yaxın insan həlak olub.

Bənzər yazılar

Back to top button