Hadisə

7 il saxta sənəd əsasında torpaq satan bələdiyyə sədrinin məhkəməsi başlayır

Cəlilabad rayonu, Privolnoye bələdiyyəsinin keçmiş sədri Qəmbər Məmmədovun məhkəməsi başlayır.

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Qəmbər Məmmədov Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə təqsirləndirilir.

Onunla bağlı araşdırmalar Privolnoye kəndinin sakini Əfqan Rzayevin ərizəsi əsasında başlanıb. Əfqan Rzayev ərizəsində iddia edib ki, ona məxsus təsərrüfat təyinatlı torpaq sahəsi zəbt edilib. Bələdiyyə sədrinin fəaliyyəti araşdırılarkən məlum olub ki, Qəmbər Məmmədov 2015-ci ildən 2022-ci ilədək sənədləri saxtalaşdıraraq torpaqları satıb.

Onun cinayət işi üzrə ibtidai istintaqı Cəlilabad rayon Prokurorluğu aparıb.

İş materialları məhkəməyə göndərilsə də, hələ ki, icraata verilməyib.

Bənzər yazılar

Back to top button