Cəmiyyət

Bakıda məktəbdə 8 Marta görə pul yığılıb? – Açıqlama

Bakı şəhəri 60 nömrəli tam orta məktəbdə 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsait toplanması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.

AzToday.az APA-ya istinadla xəbər verir ki, sözügedən məsələ ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

Araşdırma nəticəsində bəlli olub ki, məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılması ilə bağlı votsap qrupda sinfin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib.

Məsələ ilə bağlı bu gün həmin sinfin validenləri ilə iclas keçirilib və valideynlərə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, məktəbdə 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı hər hansı formada vəsaitin toplanması təşəbbüsü olmayıb. Bu kimi halların qarşısını almaq üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib.

Bənzər yazılar

Back to top button