İqtisadiyyat

Eyni gündə, eyni ünvanda yaranan şirkətlər İcra Hakimiyyətindən milyonlar alır

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi “Everest Tikinti” MMC və “Alternativ enerji” MMC olub.

Yeniavaz.com xəbər verir ki, “Everest Tikinti” MMC və “Alternativ enerji” MMC Sumqayıt şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Sumqayıt şəhərində abadlıq işləri görəcəklər. Görüləcək işlər üçün İcra Hakimiyyəti “Everest Tikinti” MMC-yə 268 min 504 manat 78 qəpik, “Alternativ enerji” MMC-yə isə 355 min 16 manat 89 qəpik ödəyəcək.

Maraqlıdır ki, hər iki şirkət eyni tarixdə (11.03.2019-cu il), eyni nizamnamə kapitalı (10 manat) ilə eyni şəhərdə (Beyləqan şəhəri) dövlət qeydiyyatına alınıb. Everest Tikinti” MMC dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra böyük məbləğdə tender müsabiqələrində qalib olduğu üçün mətbuatda müzakirə edilməyə başlayıb. Bir müddət sonra şirkətin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib.

Açıq internet resurslarda udduqları tender müsabiqələrindən başqa barələrində heç bir məlumat yoxdur. Nəinki rəsmi veb-sayta, hətta sosial şəbəkə hesablarına sahib olmayan bu şirkətlərin dövlət büdcəsindən milyonlarla vəsait necə aldıqları başa düşülmür.


Xatırladaq ki, bu cür müəmmalı tender müsabiqləri Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllər də dəfələrlə keçirilib.

Bənzər yazılar

Back to top button