Dünya

Putinə qarşı cəbhə böyüyür

Aralarında Nobel mükafatı laureatı Andrey Qeym olmaqla Rusiyanın 500 nüfuzlu alimi Rusiya hakimiyyətinə müraciət edərək dinc etiraz aksiyalarının keçirilməsinə faktiki olaraq qoyulmuş qadağanın ləğv edilməsini, etiraz aksiyaları iştirakçılarına qarşı güc tətbiq edilməsi və cinayət məsuliyyətinə cəlb ounması hallarına son qoyulmasını tələb edib.

Eyni zamanda 100 nəfərdən artıq teatr və musiqi tənqidçisi hakimiyyəti zorakılıqları dayandırmağa çağırıb.
Bundan əvvəl isə yüzlərlə ictimi-siyasi xadim, nüfuzlu qələm sahibləri oxşar müraciətlə hakimiyyətə müraciət etmişdilər.

Rusiyada hakimiyyətə qarşı çox böyük cəbhənin formalaşması prosesinin getdiyi aydın görünür.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button