GündəmSiyasət

“Ermənistan və Azərbaycanın son səyləri bizi ruhlandırır” – ABŞ Dövlət Departamenti

“Ermənistan və Azərbaycanın sülh prosesinə səmərəli şəkildə qoşulmaq üçün son səyləri bizi ruhlandırır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ötən gün – martın 2-də mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Luis Bono gələn həftə bu vəzifədə ilk səfərində regiona səfər edəcək:

“Bu, bizim edəcəyimiz işlərdən birincisidir – gözlədiyimiz şey Cənubi Qafqazın hər üç ölkəsinə müntəzəm səfərlər olacağıdır. Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı öhdəliyimizi dəstəkləmək üçün yüksək səviyyəli liderlərlə görüşməyi planlaşdırır. Əvvəl qeyd etdiyim kimi, o, səfəri çərçivəsində hər üç Cənubi Qafqaz ölkəsinə səfər edəcək. O, Bakıya, İrəvana, Tiflisə də bu ardıcıllıqla gedəcək.

Biz inanırıq ki, bu, cənab Bono üçün bir neçə həftə əvvəl, fevralın ortalarında Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri, katib Blinken və Azərbaycan prezidenti arasında görüşə əsaslanmaq üçün bir fürsət olacaq. Həmin üçtərəfli danışıqların yekununda dediyimiz kimi, Ermənistan və Azərbaycanın sülh prosesinə səmərəli şəkildə qoşulmaq üçün son səyləri bizi ruhlandırır. Cənab Bono isə kömək edir – ümid edir ki, bu səyləri gücləndirəcək və bu tərəqqinin davam etdiyini görəcək. Bu üç şəhərdə cənab Bono ABŞ-ın Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq”.

Bənzər yazılar

Back to top button