İdman

Ançelotti: “Uduzmağa layiq deyildik” (Video)

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun yarımfinalında “Barselona”ya evdə uduzduqları ilk matç (0:1) barədə danışıb.

Qol.az xəbər verir ki, 63 yaşlı mütəxəssis məğlubiyyətə baxmayaraq, yaxşı çıxış etdiklərini deyib:

“Nəticə çox pisdir, biz buna layiq deyildik. Çünki yaxşı, intensiv oynadıq, “Barselona”nın istədikləri kimi hərəkət etməsinə imkan vermədik. Biz yüksək təzyiq göstərdik. Bu mənada matç yaxşı alındı. Amma son nöqtəni qoymağımız üçün bitiricilik çatışmadı. “Barselona”nın çox güclü müdafiəsi var. Çox irəli getdik, amma qol vura bilmədik. Lakin bu matç mənə inam verir. Cavab oyununda eyni şəkildə oynaya bilsək, o zaman şansımız olacaq. Uduzmağa layiq deyildik”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 5-də “Kamp Nou”da olacaq.

Bənzər yazılar

Back to top button