Siyasət

Seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi üçün ayrılan vaxt bitdi

Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına (DSK) verilməsi üçün ayrılan vaxt başa çatır.

Qaynarinfo xəbər verir ki, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na əsasən, səsvermə gününə azı 5 gün qalanadək seçki bülletenləri Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməlidir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Bənzər yazılar

Back to top button