Hadisə

“Avtoşluq” etdiyi üçün həbs olunan sürücü notariusun oğlu imiş

Masallıda avtoxuliqanlıq edən sürücünün videosu yayılıb.

Belə ki, 90-LR-002 qeydiyyat nişanlı BMW markalı avtomobilin sürücüsü Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq şou göstərməyə başlayıb. O, hərəkət hissəsində avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarıb və yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq edib.

Həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y.İsmayılov və avtomobilin sahibi M.Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.İsmayılov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs olunub, M.Fəttahlı isə cərimə olunub.

Avtosfer.az-a verilən məlumata görə, avtoxuliqanlıq əməlini törətdiyinə görə həbs olunan Y.İsmayılov Lənkəran şəhər 1 saylı notariat ofisinin rəhbəri Səfər İsmayılovun oğludur.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button