İdman

Neymar “Bavariya” ilə oyunu buraxacaq?

PSJ-nin zədəli futbolçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya qarşı cavab oyununu buraxacaq.

Qol.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kristof Qaltye öz açıqlamasında bildirib. O deyib: “Neymar “Nant və “Bavariya” ilə qarşıdakı iki matçda oynamayacaq. Neymarın yoxluğunun əhəmiyyətsiz bir hadisə olduğunu deyə bilmərəm. Bu, bizim üçün çox ciddi itkidir”.

Qeyd edək ki, Neymar fevralın 19-da Liqa 1-in 24-cü turunda “Lill”lə matçda (4:3) zədələnərək meydanı xərəkdə tərk etmişdi.

Əlavə edək ki, “Bavariya” – PSJ oyunu martın 8-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş Münhen təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button