GündəmSiyasət

İlham Əliyev Yunanıstan prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın dövlət başçısı Katerina Sakellaropuluya Larisa şəhəri yaxınlığında baş verən dəmir yol qəzası nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı teleqramı göndərib.

“Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, deyə teleqramda bildirilir.

Qeyd edək ki, martın 1-də Yunanıstanda iki qatarın toqquşması nəticəsində 36 nəfər həlak olub, onlarla insan yaralanıb.

Bənzər yazılar

Back to top button