Mədəniyyət

“Mədəniyyət Nazirliyi Prezidentin ayırdığı pulları “hop” deyib yedi”

“Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Amma Prezident İlham Əliyev sağ olsun ki, müstəqillik dövründə ziyan görən mədəniyyət sahəsinə büdcədən əvvəl 3 milyon, sonra 6 milyon pul ayırdı”.

Bunu Modern.az-a Xalq artisti, kinorejissor Əbdül Mahmudov bildirib.

Onun sözlərinə görə, bu pul Mədəniyyət Nazirliyinə ayrılmışdı ki, kinonun inkişafı ilə bağlı işlər görsünlər:

“Amma bunu etmədilər. Ovaxtkı nazirin itə də borcu var idi. Ölkə başçısının ayırdığı pul Mədəniyyət Nazirliyi tərəfindən yeyildi. O pulun heç bir faizi kinoya sərf olunmadı. Maliyyə naziri çıxışında demişdi ki, kinoya bu qədər pul ayrılır, amma ortalıqda hələ bir şey yoxdur. Mən də məktub vasitəsilə ona bildirmişdim ki, kinoya pul dövlət büdcəsindən ayrılır, cibinizdən yox. Bir də ki, nəyə görə maraqlanmırsınız ki, ayrılan pul gəlib kinostudiyaya çatır, yoxsa yox? Çatmır pul. Pul ayrılıbsa, son qəpiyinə qədər kinoya xərclənməlidir. Bütün pulları Mədəniyyət Nazirliyi “hop” deyib yedi, 5-10 qəpik gözdən pərdə asmaq üçün xərclədilər. İndiki ağır dönəmdə dövlət kinonu yaşatmaq üçün pul ayırırsa, bunu mənimsəmək böyük cinayətdir. O pulu yeyənlərə demək istəyirəm ki, burnunuzdan gəlsin”.

Qeyd edək ki, bir neçə gün öncə aktyor Hikmət Rəhimov dövlət büdcəsindən serial sektoru üçün ayırlan pulların təyinatı üzrə istifadə edilmıdiyini bildirmişdi.

Bənzər yazılar

Back to top button