Hadisə

Dağıdılmış əmlakın sahibi təzminat tələb etməkdə günahlandırılır

Bakıda yaşayan Kamal Akimovun xanımı, amerikalı qadın Turan-a müraciət edib. Svetlana Akimrin Bakıda olan həyat yoldaşını özbaşınalıqdan qorumaq xahişilə baş nazir Əli Əsədova müraciətinin surətini redaksiyaya göndərib.

Ağır Cinayətlər Məhkəməsi K.Akimovu biznesmen Azər Əsgərovdan külli miqdarda pul tələb etməkdə ittiham edir, buna görə də o, Azərbaycanı tərk edib ABŞ-da ailəsinə qovuşa bilmir.

Kaliforniyada yaşayan Svetlana Akimrin bildirir ki, 2012-ci ildə Bakıda, Ziya Yusifzadə küçəsi, 8 ünvandakı onlara məxsus qeyri-yaşayış daşınmaz əmlak (146 kv. m.) AzimportMMC ev- tikinti şirkəti tərəfindən dağıdılıb. Dağıntı qanunsuz olub, ailə onların dəyərləndirdiyi 2 milyon dollarlıq əmlakdan məhrum olub, şirkətin sahibi Azər Əsgərov Akimova kompensasiyanın tam həcmini ödənməyib. Üstəlik, 2022 – ci ilin yanvarında Əsgərovun şikayətilə Akimovun 2015-2016-cı illərdə Əsgərovdan pul tələb etməsi ittihamı ilə cinayət işi açılıb, – Svetlana Akimrin yazır.

Lakin Kamal Akimov əmlakının qanunsuz dağıdılması və kompensasiyanın ödənilməməsilə bağlı dəfələrlə dövlət orqanlarına şikayət edib. Məhkəmə olub, uzun araşdırmalardan sonra tərəflər 800 min manatın ödənilməsi barədə razılığa gəliblər ki, Əsgərov hissə-hissə ödəməyi öhdəsinə götürüb. 500 mini verib və qalan 300 mini ödəməkdən imtina edib. Akimov öz pullarını tələb edib. O zaman Əsgərov Bakının Səbail Rayon Prokurorluğu tərəfindən Akimovun ölkədən çıxışına qadağa qoyulması barədə qərarın qəbul edilməsinə nail olub. Nəticədə kompensasiyanın ödənilməsilə bağlı Xətai Rayon Məhkəməsinin 7 aprel 2022-ci il tarixli icra edilmir.

O vaxtdan Kamal Akimovun dağıdılmış köhnə birmərtəbəli evinin yerində Azər Əsgərovun şirkəti tərəfindən yeddimərtəbəli yaşayış binası inşa edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir, Kamal Akimov istintaq təcridxanasında deyil, evdədir. O, Əsgərovdan zorla 500 min manat tələb etməkdə ittiham olunur (Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi). S. Akimrin Azərbaycan və ABŞ hökumətlərindən kömək istəyir.

Turan Azər Əsgərova müraciət edərək hadisə il bağlı öz versiyasını redaksiyaya bildirməyi təklif edib. Əsgərov Turan-a yazılı şəkildə məlumat verib ki, məhkəmə getdiyi müddətdə mətbuatla ünsiyyət qurmayacaq, proses başa çatdıqdan sonra məlumatı onun vəkilindən almaq olar.

Turan-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində proses zamanı ittiham tərəfi Azimport şirkətinin mühafizə rəisini gətirib və o, məhkəməyə bildirib ki, şirkətə bir qrup adam gələrək Əsgərovla görüş tələb edib. Şirkət sahibi kişilərin yanına gedib, onlar yüksək səslə danışaraq ondan pul tələb ediblər, təhdid ediblər. Lakin Kamal Akimov Turan-a bildirib ki, bu epizodun ona heç bir aidiyyatı yoxdur, “mən oraya heç kimi göndərməmişəm. Əsgərov ölkədə bir çoxları ilə münaişiqə edir, onu başqa səbəblərə görə də təhdid edə bilərlər, bu əhvalatın mənimlə heç bir əlaqəsi yoxdur. Aydın deyil, niyə mən qrup şəklində güc tətbiq etməkdə günahlandırılıram, amma müttəhimlər kürsüsündə məndən başqa heç kim yoxdur”.

Turan Akimovun sözlərinə təsdiq kimi mətbuatda 540 işçi ilə Əsgərov arasındakı münaqişə barədə məlumatı tapıb. İşçilər tikinti şirkətinin sahibini onları aldatmaqda və əməkhaqqını ödəməməkdə günahlandırırlar.

https://axar.az/news/toplum/56607.html

Digər yazıda Vergilər Nazirliyinə 16 milyon manatdan çox vergini ödəməyən Azimport şirkətinin borcundan bəhs edilir. Məqalədə A. Əsgərovun sözlərindən sitat gətirilir, o deyir ki, 10 il ərzində SOCAR dövlət şirkətilə 700-dən çox layihə əldə olunub.

http://7gun.org/index.php?newsid=2439

Xətai məhkəməsində Akimovu müdafiə edən vəkil Kamandar Nəsibov hakimə bildirib ki, vəkilin ofisində müzakirələrdən sonra Akimov və Əsgərov Akimova 800 min manatı hissə-hissə ödəməyə razılaşıblar. Akimov deyir ki, başqa şahidlər də olub, Nəsibov isə digər şahidləri “xatırlamır”. Məhkəmədə Nəsibov dəfələrlə unutqanlığına və hadisələrin çoxdankı olmasına istinad edib, lakin sonra məlum olub ki, əvvəllər Akimovu müdafiə edən vəkil Nəsibovu sonradan Əsgərov özünə vəkil tutub.

Akimovun əmlakını dağıdan Azimport şirkətində çalışan inşaat işçisi Əli Məmmədov məhkəmə iclaslarının birində ifadə verib. Məmmədov Bakı Baş Polis İdarəsində saxlanılıb. Ona görə saxlanılıb ki, Əsgərovdan əməkhaqqı tələb edib və şirkət sahibi də buna polisə şikayət etməklə reaksiya verib. Polis isə işçini xuliqanlıq ittihamı ilə saxlayıb. Amma eyni zamanda Məmmədov ifadə verib ki, sonra Akimov oraya gəlib və Məmmədova təzyiq göstərərək Əsgərovun əleyhinə ifadə verməsini tələb edib. Məhkəmədə Akimov bildirib ki, Əli Məmmədov şirkət sahibindən asılı vəziyyətə düşüb və ona görə də yalan ifadə verir.

Məhkəmədə Akimov Əsgərovdan soruşub ki, özünü və ailəsini zorakılıq qurbanı kimi qələmə verən biznesmen niyə bu barədə altı il – 2016-cı ildən 2022-ci ilə qədər susub? Turan bu sualı Əsgərova vermək niyyətində idi, amma dediyimiz kimi, iddiaçı mətbuatla əlaqə saxlamır.

Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam edir.

Bənzər yazılar

Back to top button