Dünya

“2022-ci ildə Rusiyanın Türkiyəyə ixracı 100 faizdən çox artıb”

Sanksiyalarla qadağan olunmuş mallar bir neçə ölkənin ərazisindən Rusiyaya ixrac edilir.

Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Ədliyyə, Ticarət və Maliyyə nazirliklərinin birgə bəyanatında yer alıb.

Bəyanatda bildirilir ki, Türkiyə, Ermənistan, Özbəkistan və Çindən Rusiya və Belarusa qadağan olunmuş malların göndərilməsi müşahidə olunur.

ABŞ hökuməti şirkətləri Rusiyaya qarşı sanksiyaları saxlamaqda diqqətli olmağa çağırıb, əks halda günahkarların məsuliyyətə cəlb ediləcəyini bildirib.

Qeyd edilir ki, Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqindən sonra Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsində kəskin artım qeydə alınıb.

2022-ci ildə Rusiyanın Türkiyəyə ixracı 100 faizdən, Türkiyənin Rusiyaya ixracı isə 60 faizdən çox artıb.

Rusiya Çini geridə qoyaraq 58,8 milyard dollarlıq indekslə Türkiyənin ən böyük tədarükçüsü olub.

Bənzər yazılar

Back to top button