
Prezident İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçi Luis Bono Bakıya gəlib.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda deyilir ki, Luis Bono, həmçinin Ermənistan və Gürcüstana da gedəcək.
Qeyd olunub ki, səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.