İqtisadiyyatManşet

Gəncədə İH eyni tikinti üçün bu şirkətə daha 29 milyon ayırdı – 74 milyona çatdı

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Rövşən Oğuz Qrup” MMC (VÖEN-1700993511) olub.

İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üçün “Rövşən Oğuz Qrup” MMC-yə 28 milyon 663 min 30 manat 92 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, İcra hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında ilk tender müaviləsi 9 aprel 2020-ci il tarixində imzalanıb. Həmin müqaviləyə görə İcra Hakimiyyəti Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi üçün 16 milyon 900 min, İdman Sarayının tikintisi üçün isə 4 milyon 600 min manat ayırıb.

Daha sonra müxtəlif vaxtlarda Dram Teatrı və İdman Sarayının tikintisilə bağlı bir neçə tender keçirilib və hər dəfə “Rövşən Oğuz Qrup” MMC qalib olub.

İcra Hakimiyyəti İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 06.10.2020-ci il tarixində 1 milyon 800 min, 19.03.2021-ci il tarixində 9 milyon 400 min, 12.08.2021-ci il tarixində 5 milyon, 17.12.2021-ci il tarixində 181 min 600, 09.03.2022-ci il tarixində 15 milyon, 26.09.2022-ci il tarixində isə 10 milyon manat ayırıb.

Rəqəmlərdən də göründyü kimi, İcra Hakimiyyəti bu günə kimi İdman Sarayının tikintisi üçün “Rövşən Oğuz Qrup” MMC-yə ümumilikdə 74 milyon manata yaxın vəsait ayırıb.

Onu da bildirək ki, “Rövşən Oğuz Qrup” MMC 29.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanı “Əhməd Rəcəbli 1, ev 8”də – “Adore Plaza”nın 3-cü mərtəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.

Bənzər yazılar

Back to top button